Ərdoğan: Tələblərimiz yerinə yetirilməyənə qədər İsveçin NATO-ya üzvlüyünə imkan verməyəcəyik
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tələblər yerinə yetirilənə qədər İsveçin NATO-ya üzv olmaq üçün müraciətinə mane olmağa davam edəcəyinə söz verib.
Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Biz onların separatçı təşkilatlara və FETÖ-dən olan yaramazlara sığınacaq vermələrini istəmirik. Və hər kəsin bilməsini istəyirəm ki, bütün bu tələblər yerinə yetirilməyənə qədər geri çəkilməyəcəyik", - deyə Ərdoğan vurğulayıb.
Türkiyədə FETÖ ABŞ-ın Pensilvaniya ştatında sürgündə olan dini lider Fətullah Gülənin tərəfdarlarına verilən addır. Ərdoğan onu 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhdin təşkilində ittiham edib. Hazırda yalnız iki ölkə - Macarıstan və Türkiyə İsveçin NATO-ya üzv olmasını ratifikasiya etməyib.
Əziz Mustafa
Digər xəbərlər