Özbəkistan və Qazaxıstan hərbçiləri Xorəzmdə birgə təlimlər keçirib
Özbəkistan və Qazaxıstan Müdafiə nazirliklərinin xüsusi təyinatlı bölmələrinin hərbi qulluqçuları Xorəzm vilayətindəki “Yangiarik” poliqonunda birgə təlim keçiblər.
Oxuməni.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“Bir neçə gün davam edən təlim kursunun proqramına əsasən, iki ölkənin hərbi qulluqçuları səhrada od yandırmağı, əldəqayırma vasitələrdən ov üçün silah və tələ hazırlamağı, bölmələrin maskalanmasına şərait yaratmağı və səhrada su tapmağı, səhrada kadrların yerləşdirilməsini sınaqdan keçiriblər. Bundan əlavə, evdə hazırlanan tibbi ləvazimatların hazırlanması və yaralılara tibbi yardımın göstərilməsi üzrə dərslər keçirilib”, - deyə məlumatda deyilir.
Kursun sonunda bölmələr bir neçə kilometrlik ərazidə kəşfiyyat və axtarış işləri aparıb, su maneələrinin aşılması işini görüblər. Hərbi silahların tətbiqi, yaxın döyüşlərdə bir-birinin mühafizəsi, yaralıların döyüş meydanından çıxarılması və onlara tibbi yardımın göstərilməsi də sınaqdan çıxarılıb.
Əziz Mustafa