Rusiyada iri zavodda partlayış olub: Ölənlər və yaralananlar var
Rusiya Federasiyasının Samara vilayətində yerləşən “Promsintez” zavodunda partlayış baş verib, nəticədə 6 nəfər ölüb, daha iki nəfər yaralanıb,
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Partlayış istehsalat sexində baş verib. Fövqəladə Hallar Xidmətindən bildirilib ki, buna səbəb təmir zamanı avadanlıqların sökülməsi olub.
Baza-nın məlumatına görə, zavodda azot verən boru partlayıb. Zavod Samara vilayətinin Çapaevsk şəhərində yerləşir.
Promsintez mədən sənayesində neft və qaz ehtiyatlarının kəşfiyyatı və faydalı qazıntıların çıxarılmasında istifadə olunan sənaye partlayıcıları istehsal edir.
Digər xəbərlər