Çexiyanın Baş naziri: Müharibə Rusiya ordusunun qovulması ilə bitməlidir

Çexiyanın Baş naziri: Müharibə Rusiya ordusunun qovulması ilə bitməlidir

7 İyul 2023 19:53
Bəyəndim (0) Bəyənmədim (0)

Müharibə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü ilə bitməlidir.

Oxuməni.az xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala Praqada Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

“Bu müharibənin nə vaxt bitəcəyini heç kim bilmir, amma mənə aydındır ki, müharibə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə zəmanət və rus təcavüzkarının Ukrayna ərazisindən çıxarılması ilə başa çatmalıdır”, - deyə Fiala . jurnalistlərin suallarına cavabında deyib.

O vurğulayıb ki, Ukrayna Aİ və ayrı-ayrı dövlətlərin dəstəyinə arxalana bilər. "Ukraynanın gələcəyi Aİ və NATO-dadır", - deyə Fiala bildirib.

"Ölkələrimizin yaxın dostluğu və Ukraynaya göstərilən dəstək mənim və hökumətim üçün xarici siyasət prioritetidir", - Çexiya hökumətinin başçısı bildirib.

Əziz Salamoğlu, Oxuməni.az