Çin NATO-nun bəyanatına sərt reaksiya verib

Çin NATO-nun bəyanatına sərt reaksiya verib

12 İyul 2023 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Pekin NATO-nun Çinin Alyansın maraqlarına və təhlükəsizliyinə meydan oxuması ilə bağlı ittihamlarına cavab verib və hərbi blokun Asiya-Sakit okean regionunda öz təsirini genişləndirmək cəhdlərinə qarşı çıxıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Reuters Çinin Avropadakı missiyasının açıqlamasına istinadən məlumat yayıb.

Çinin Avropadakı missiyası bəyan edib ki, ölkəmizlə bağlı qəbul edilən kommunikedə əsas faktlara məhəl qoyulmur, Çinin mövqeyini və siyasətini təhrif edərək qəsdnən gözdən salır. "Biz buna qəti şəkildə qarşıyıq və rədd edirik", - deyə açıqlamada bildirilir.

Çinin Avropadakı missiyası bir daha qeyd edib ki, Çin öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcək və NATO-nun Asiya-Sakit okean regionunda şərqə doğru genişlənməsinə qəti şəkildə qarşı çıxacaq.

Əziz Salamoğlu, Oxumeni.az