Yanmış cır-cındırlı Venera

Yanmış cır-cındırlı Venera

14 İyul 2023 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın Neapol şəhərində bir meydanda nümayiş etdirilən “Cındırlar Venerası” əsəri hələ kimliyi müəyyən edilməyən şəxslər tərəfindən yandırılıb. Mikelancelo Pistoletto tərəfindən hazırlanan və bugünkü insanların "istehlak çılğınlığını" tənqid edən əsər Veneranın çılpaq heykəli və yüzlərlə paltar yığınından ibarət idi. Tədbir sənətsevərlərin böyük reaksiyası ilə qarşılanıb.

İtalyan müasir rəssamı Mikelancelo Pistolettonun açıq havada "Cındırların Venerası" instalyasiyası Neapolun mərkəzində yandırılma nəticəsində məhv edilib.

Neapol Bələdiyyəsi səhər saatlarında işin yandırıldığını və polis tərəfindən yanğının səbəbini müəyyən etmək üçün araşdırmalarının davam etdiyini açıqlayıb.

Neapol Bələdiyyə Başçısı Qaetano Manfredi deyib: "Neapol xalqını dilsiz qoyan bu kütləvi zorakılıq aktından dəhşətə gəldim. Vandalizm sənəti dayandırmayacaq. Biz cındırların Venerasını yenidən quracağıq. Bunu təmin etmək üçün ianə kampaniyasına başlayacağıq. Hər şey xalqın iştirakı ilə baş verəcək”,- deyə o bildirib.

Digər tərəfdən Neapol Təhlükəsizlik Şurasının üzvü Antonio De Iesu kamera görüntülərinin polis tərəfindən araşdırıldığını və cinayətkarların müəyyənləşdirilməsinə çalışıldığını bildirib.

Rəssam Neapol üçün xüsusi olaraq hazırlanmış və iyunun 28-də Piazza Municipio-da (Şəhər Meydanı) açılan bu son instalyasiyada “Cındırların Venerası”nın orijinal ölçülərini böyütmüşdür. Dünyanın müxtəlif ölkələrinin muzey və qalereyalarında sərgilənən əsərin müxtəlif versiyaları mövcuddur.

“XX əsrin ən ikonik əsərlərindən biri və rəssamın ən rəmz əsərlərindən biri sayılan “Cındırlar Venerası” klassik ənənənin statik gözəlliyi ilə müasirin keçiciliyi arasındakı ziddiyyəti səhnələşdirir”, - deyə şəhər Bələdiyyəsi bildirib.

Murad Şahməmməd