Moskvada bir nəfər Lenin məqbərəsini yandırmağa cəhd edib
Moskvada bir nəfər Qızıl Meydandakı Leninin məqbərəsinə molotov kokteyli atıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Baza və Shot teleqram kanallarının yaydığı məlumatda deyilir. Yanğın törədən şəxs polis tərəfindən saxlanılıb.
“Baza”nın məlumatına görə, saxlanılan şəxs Çitadan olan 37 yaşlı Konstantin Staçukovdur. Onun barəsində polis əməkdaşlarına tabe olmaması ilə bağlı protokol tərtib edilib.Yanğın törədənin motivləri barədə hələlik məlumat yoxdur. Məqbərəyə ziyan dəyməyib..
Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, şəxsə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Cinayətkarı 7 ilə qədər həbs cəzası gözləyir.
Telegram kanalı 112 yazır ki, Starçukov artıq 2023-cü il mayın 17-də Qızıl Meydanda iki şüşə benzinlə saxlanılıb, lakin o, heç bir məsuliyyətə cəlb edilməyib.
Murad Şahməmməd