ABŞ Rusiyanın hərbi cinayətləri ilə bağlı məlumatları Haaqa məhkəməsinə verəcək

ABŞ Rusiyanın hərbi cinayətləri ilə bağlı məlumatları Haaqa məhkəməsinə verəcək

27 İyul 2023 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) Rusiyanın hərbi cinayətlərinə dair əllərində olan sübutları təhvil verəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məsələ ilə tanış olan rəsmilərə istinadən yazır.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden hökumətə belə bir sözsüz tapşırıq verib. Əvvəllər bu qərara amerikalı hərbçilərin təqibindən qorxan Pentaqon mane olurdu.


NYT-nin qeyd etdiyi kimi, prezident Baydenin niyə bu qədər uzun müddət bu qərarı qəbul etdiyi və nə üçün sonda bunu qəbul etdiyi aydın deyil.

Qəzet yazır ki, Amerika kəşfiyyat orqanları Haaqanı maraqlandıran məlumatları, o cümlədən Rusiya rəsmilərinin Ukraynada mülki infrastruktura qəsdən zərbə endirmək və minlərlə ukraynalı uşağı işğal olunmuş ərazilərdən zorla deportasiya etmək qərarları barədə təfərrüatları toplayıb. Onlar artıq bu sübutların bəzilərini Ukrayna prokurorluğu ilə bölüşüblər, lakin Haaqa ilə belə əməkdaşlıqdan çəkiniblər.

Əziz Salamoğlu