Norveç Rusiya Federasiyasından göyərtəsində ölüm ayağında olan təyyarəni eniş etməyə icazə verməyib
Norveç hökuməti göyərtəsində ölmək üzrə olan bir nəfərin olduğu Rusiya təyyarəsinin hava limanına enməsini qadağan edib. Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Mövcud məlumata görə, Nordwind Airlines şirkətinə məxsus təyyarə Moskvadan Kubanın Varadero kurortuna uçurdu. Bir neçə saat sonra sərnişinlərdən birində xora yaranıb və daxili qanaxma başlayıb. Uçuşda iştirak edənlərin sözlərinə görə, heyətə Norveçin ən yaxın hava limanına enməyə icazə verilməyib. Bundan sonra təyyarə geri dönərək Moskvaya doğru yola düşüb.
Təyyarə paytaxtın Şeremetyevo hava limanına enib. Huşunu itirmiş kişi dərhal xəstəxanaya çatdırılıb.
Oxuməni.az
Digər xəbərlər