Yaxın zamanlarda Polşada raketdən müdafiə sistemi bazası fəaliyyətə başlayacaq
NATO-nun daha geniş raketdən müdafiə sisteminin bir hissəsi kimi ballistik raketləri aşkar etmək və onların qarşısını almaq üçün Polşanın şimalında ABŞ-ın yeni raketdən müdafiə bazası fəaliyyətə hazırdır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Raketdən müdafiə NATO-nun əsas kollektiv müdafiə missiyasının kritik elementidir”, o vurğulayıb və əlavə edib ki, bazanın hazır olması transatlantik təhlükəsizlik üçün mühüm addımdır.
Aegis Ashore raketdən müdafiə sisteminin Polşanın şimalında, Redzikovo şəhərində yerləşdiyi bildirilir.
Agentliyin qeyd etdiyi kimi, NATO müttəfiqlərinin “raket qalxanı” “Avropa vətəndaşlarını, ərazisini və silahlı qüvvələrini ballistik raket hücumlarından qorumaq” üçün nəzərdə tutulub.
Bundan əvvəl Polşada Ukrayna Silahlı Qüvvələrinin maraqlarına uyğun olaraq ölkədə yaşayan ukraynalılardan könüllülərin hazırlanmasına başlanıldığı bildirilirdi.
Bundan əvvəl Amerikanın zirehli texnikasının NATO-nun Polşadakı bazasına köçürülməsi ilə bağlı məlumat yayılıb.