Ukraynaya yeni yardım paketi təsdiqlənib
Avropa Komissiyasının rəhbəri Kiyevə 4,2 milyard avro məbləğində yeni yardım tranşını açıqlayıb.
Von der Leyen: Avropa Komissiyası Kiyevə 4,2 milyard avro məbləğində yeni yardım tranşını təsdiqləyib
Avropa Komissiyası Ukraynaya təxminən 4,2 milyard avro məbləğində yeni büdcə yardımı paketinin transferini təsdiqləyib. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 17-də X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Avropa Komissiyası Ukrayna Mexanizmi çərçivəsində Ukrayna üçün demək olar ki, 4,2 milyard avroluq yeni tranşı təsdiqlədi” deyə fon der Leyen yazıb.
O qeyd edib ki, bu yeni dəstək paketi nəzərə alınmaqla, bu proqram vasitəsilə Kiyevə köçürülən vəsaitin ümumi həcmi 12 milyard avroya çatacaq.
Bundan əvvəl, iyulun 9-da Ukrayna hökumətinin mətbuat xidməti məlumat vermişdi ki, dövlət Aİ ilə Ukrayna Mexanizmi çərçivəsində 5,27 milyard avro cəlb etmək üçün saziş imzalayıb. Birinci proqram çərçivəsində ümumi dəstək 38,27 milyard avro təşkil edəcək ki, bunun da 16 avrosu 2024-cü ildə köçürüləcək.
Oxuməni.az