Peru Xarici İşlər Nazirliyi: Venesuela diplomatları 72 saat ərzində ölkəni tərk etməlidirlər

Peru Xarici İşlər Nazirliyi: Venesuela diplomatları 72 saat ərzində ölkəni tərk etməlidirlər

30 İyul 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Peru Xarici İşlər Nazirliyi Venesuela diplomatlarına 72 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verib. Bu barədə idarənin saytında dərc olunan məlumatda deyilir.

"Xarici işlər naziri Xavyer Qonzales Olaeçea Peruda akkreditə olunmuş Venesuela diplomatik rəsmilərinə 72 saat ərzində ölkəni tərk etmələri barədə məlumat verməyi tapşırıb", - bəyanatda deyilir.

Bundan əvvəl Venesuela Peru da daxil olmaqla yeddi Latın Amerikası ölkəsindən olan diplomatlarını hazırkı prezident Nikolas Maduronun seçkilərdə qələbəsini tənqid etdiklərinə görə geri çağırdığını açıqlamışdı.

İyulun 29-da axşam saatlarında Karakasda kütləvi etiraz aksiyaları keçirilib. Polis və Milli Qvardiya Miraflores prezident sarayının yaxınlığında nümayişçilərin yolunu kəsib və gözyaşardıcı qazdan istifadə edib. Etirazçılara atəş açıldığı bildirilir.

Bundan əvvəl Venesuela prezidenti Maduro ona qarşı sui-qəsd cəhdi barədə məlumat vermişdi.

Oxuməni.az