Kadırov 84 min çeçeni Ukraynaya qarşı müharibəyə göndərmək istəyir
Çeçenistanın rəhbəri Ramzan Kadırov nəzarətində olan respublikanın 84 min sakinini Rusiya-Ukrayna müharibəsinə göndərmək niyyətindədir. Eyni zamanda o, çeçenləri səfərbərlik çərçivəsində deyil, guya “könüllü” əsaslarla cəbhəyə göndərməyi planlaşdırır.
Bu barədə RBC-Ukrayna Milli Müqavimət Mərkəzinə (CNS) istinadən xəbər verir.
Qeyd olunur ki, Kadırovun bəyanatlarına görə, Çeçenistan “səfərbərlikdən qaçmaq üçün Kremlin qarşısına qoyduğu bütün tapşırıqları yerinə yetirib”.
“Yəni o, bu sayda terrorçunu “könüllü” cəlb etməyi bacarıb və insanlar buna görə ona minnətdar olmalıdırlar”, – Mərkəz qeyd edir.
CNS nəşri onu da göstərir ki, Rusiya siyasi rəhbərliyi vəziyyətin öhdəsindən gələ bilmir, çünki Moskvanın Ukraynaya qarşı başlatdığı Rusiya müharibəsi uzanır.
“Ona görə də, marionet rejim Putinin və onun ətrafının şizofreniya ideyalarına xidmət edərək, çeçenləri və Rusiya Federasiyasının digər milli azlıqlarının nümayəndələrini cəbhəyə göndərmək üçün bütün imkanlardan daha fəal istifadə etməyə çalışacaq”, - deyə Mərkəzdən bildirilib.
Xatırladaq ki, oktyabrın əvvəlində Kadırovun Çeçenistanda yol hərəkəti qaydalarını pozanların Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinə göndərilməsini təklif etdiyi məlum olmuşdu. Belə ki, o, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanova “bu məsələni nəzarətə götürməyi” tapşırıb.
Kadırovun sözlərinə görə, əlavə edək ki, Çeçenistanda 2500 nəfərlik yeni alay yaradılır və cinayətkarların cəbhəyə göndərilməsi “uyğun olar”.
Yeri gəlmişkən, bu yaxınlarda Çeçenistanda dron Rusiya xüsusi təyinatlıları universitetinə hücum edib. Bu, oktyabrın 29-da səhər saatlarında baş verib və dron hücumundan sonra binada yanğın olub.
Oxuməni.az