Kənd Təsərrüfatı naziri vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov vətəndaşlarla görüşəcək. Nazirliyin rəsmi saytı xəbər verir ki, nazir oktyabrın 17-də saat 11:00-da Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və Hacıqabul rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-317-58-00) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Medainfo.az
Digər xəbərlər