Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

4 May 2018 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

Mərkəzi Bankdan Azadinform-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il may ayının 1-nə 5 mlrd. 465,8 mln. ABŞ dolları təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 846,5 mln. dollar və ya 18,33% çoxdur. Mart ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 42,2 mln. dollar və ya 0,77% azalıb.