Yollarımız üçün ən təhlükəsiz maşınlar bunlardır
Dəbdəbədən çox təhlükəsizliyə önəm verin!
Azərbaycan yollarında ən rahat və təhlükəsiz maşın markaları Toyota, Mercedes və Hondadır. Bu barədə "Эхо" qəzetinə MBA Consulting şirkətinin direktoru Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, BMW avtomobilini heç ilk beşliyə də daxil etmək olmaz. Çünki bu avtomobildə tez-tez texniki nasazlıqlar yaranır. "Avtomobil seçərkən ilk növbədə dəbdəbəyə önəm verirlər. Digər keyfiyyətlər isə sonrakı növbədədir. Hamı düşünür ki, maşın böyük və bahalı olmalıdır. Orta təbəqə isə avtomobildə ilk növbədə təhlükəsizliyə, sonra digər keyfiyyətlərə diqqət verir. Aztəminatlı insanlar isə ilk növbədə avtomobilin qiymətinə diqqət yetirirlər", - o əlavə edib
O.M..
Digər xəbərlər