Ana-ata övladları arasında seçim edərmi?
Xəbər jurnalı "Time" ana-ataların övladları arasında ayrı seçkiliyə yol verdikləri barədə araşdırma məqsədli sorğu apardı. Nəticədə bəlli oldu ki, valideynlərin 95 faizi mütləq şəkildə evdəki uşaqlardan (əgər 1-dən artıqdırsa) birini daha çox sevir. Yerdə qalan 5 faiz isə bu fikirlə razılaşmadı.
Bu gerçək əslində ana-atanın təbiətində var. Hər valideyn öz qanından-canından olan uşaqlardan birinin hərəkətlərini, xasiyyətini sevir. Onlar bunu açıb-ağartmasalar da, hiss etdirirlər. Psixoloji testlərə görə, atalar ən kiçik qızlarını, analar isə oğullarını sevirlər. Evin ortancılları ailədə tək qız və ya oğlan deyillərsə, mütləq arxa planda qalırlar. Ata-anaların ən böyük sevinci, qüruru isə məhz onlara aid olan xüsusiyyətin sevdiyi övladına keçməsidir.
İnsanlar uşaqlarını gələcəkdə bir şeylər vəd etdikləri üçün deyil, özlərinin olduğu üçün sevərlər.
Günel Həbib
O.M.


.jpg)












































.jpg)
.jpg)
.jpg)












































