Yağmurda musiqi ifa edən mavi bina harada yerləşir?
Su kanalları və qıflar orkestr yaradırlar
Almaniyada özəl olaraq ərsəyə gətirilən bir ev yağmur zamanı orkestrə çevrilir.
Ölkənin Drezden şəhərində - əsasən sənətçilərin yaşadığı bölgədə tikilən bu ev üzərindəki ziq-zaqlı su kanalları və qıfları sayəsində musiqi ifa etməyə qadirdir. Xəbərə görə, mavi rəngli binanın su kanalları və qıfları yağış zamanı müxtəlif musiqilər ifa edirlər və fərqli instrumentlərə çevrilirlər. "Neustadt Kunsthofpassage" adlandırılan binanın dizaynı Anette Paul, Kristof Roşner, Andre Tempelə aiddir.
Günel Həbib
Digər xəbərlər