Bu ölkələrin əsgərləri yoxdur

Bu ölkələrin əsgərləri yoxdur

26 Aprel 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur Fransız dövlət xadimi Corc Kemenseaunun dediyi kimi: "Müharibə əsgərlərə əmanət edilə bilməyəcək qədər ciddi bir məsələdir". Kemenseaunun bu təsbiti hələ aktuallığını qoruyur. Bir çox ölkə hər an hərəkətə keçməyə hazır böyük hərbi qüvvələrə sahib ikən (bunlardan ən diqqətçəkəni 1,600,000 sayda əsgəri olan Çin Xalq Respublikasıdır) bəzilərində isə heç "ordu" sözü belə yoxdur. Müxtəlif səbəblərə görə hərbi gücü olmayan 10 ölkəni sizlər üçün siyahıya aldıq. Bu ölkələrin kimisinin tarixi, kimisinin də mövqeyi səbəbindən ordusu yoxdur. Lakin hamısının hücuma məruz qaldıqları anda ehtiyat "B" planları var. Budur, əsgərsiz 10 ölkə və bu ölkələrin özlərini müdafiə yolları ...

1. Solomon adaları: müəyyən bir qoruyucusu yoxdur, ancaq ölkə Avstraliyaya müxtəlif müdafiə vəsaitləri üçün pul ödəyir. Əgər adalarda bir müharibə elan ediləcək olsa, ölkənin müdafiəsini təmin edəcək dövlətlərin başında Avstraliya gəlir.



2. Kosta-Rika: 1947-ci ildə imzalanmış Amerika Ölkələri Qarşılıqlı Kömək Razılaşması sayəsində hər hansı bir ölkənin müharibə elan etməsi vəziyyətində Kosta Rikanı qoruyacaq 21 ölkə var. Siyahıda ABŞ, Çili və Kubanın adları da çəkilir.


3. Samoa: Yeni Zelandiya ilə 1962-ci ildə imzalanmış bir dostluq müqaviləsi var. Bu səbəbdən Samoaya xarici bir hücum olması vəziyyətində Yeni Zelandiya tərəfindən lazımi hərbi kömək ediləcək. Ancaq iki ölkə də müqaviləni istədiyi zaman geri çəkmə hüququna sahibdir.


4. Palau: Milli bir hərbi gücə sahib olmasa da, vətəndaşlar üçün lazımi qorumanı təmin etmək məqsədilə bu ölkənin milli polis gücü var. Bundan başqa, ölkəyə hər hansı bir hücum olduğu təqdirdə Palau ABŞ tərəfindən qorumağa alınmaq məcburiyyətindədir. Bunu zəruri edən də 1983-cü ildə imzalanmış "Sərbəst" münasibətlər müqaviləsidir.


5. Andorra: 3 qoruyucusu var. Fransa və İspaniya bu ölkənin hərbi qoruyucuları olacaqlarına zəmanət veriblər. Hətta 1933-cü ildə Fransa Andorrada baş qaldıran vətəndaş qarşıdurmasını sona çatdırmaq üçün bölgəyə hərbi qüvvə göndərib. Fransa və İspaniya xaricində NATO qüvvələri də ölkəni "qoruyucuları" arasında iştirak edirlər.


6. Qrenada: qoruyacaq müəyyən bir ölkəsi yoxdur. Əslində, o, Antiqua və Barbuda, Barbados, Dominikan, Saint Kitts və Nevis, Saint Lucia və Sent Vinsentəyə güvənə bilər. Lakin bu ölkələrin çoxu kifayət qədər hərbi dəstək verə biləcək vəziyyətdə deyil. Elə görünür ki, Qrenadanın xilaskarı yenə ancaq ABŞ ola bilər.


7. Marşal adaları: Bu ölkə ABŞ-ın qoruması altında olduğu üçün ABŞ Marşal adalarının müdafiə və təhlükəsizliyindən tamamilə cavabdehdir.


8. Lixtenşteyn: 1868-ci ildə çox bahalı olduğu səbəbi ilə mövcud olan ordusunu ləğv edən bu ölkənin yalnız bir polis qüvvəsi var. Onun xaricində ölkəni qorumaq məcburiyyətində olan müəyyən bir ölkə yoxdur, ancaq təhlükə halında İsveçrədən kömək gələcəyi təxmin edilir. İsveçrənin Lixtenşteynin müdafiəsində məsul olduğu mövzusundakı iddia isə iki ölkə tərəfindən nə təsdiqlənib, nə də rədd edilib.


9. Nauru: Dünyanın ən kiçik adası kimi tanınan Naurunun nəinki hərbi qüvvəsi, paytaxtı belə yoxdur. Ancaq ölkənin sabitliyini təmin etmək məqsədilə bir polis qüvvəsi var. Nauru ilə Avstraliya arasındakı qeyri-rəsmi bir müqaviləyə görə, Avstraliya onun əsas müdafiəsini və ya hərbi ehtiyaclarını təmin etmək məcburiyyətindədir. Həqiqətən də 1940-cı ildə alman hücumuna uğrayan Naurunun köməyinə Avstraliya donanması gəlmişdi.


10. Vatikan: Dünyanın ən kiçik ölkəsi olan Vatikanın qədimdə dövləti və ən əhəmiyyətlisi isə Papanı qorumaq üçün hərbi qrupları olurdu. Ancaq 1970-ci ildə Papa IV. Paul bu qrupları ləğv etdi. Bu gün isə Vatikanın hərbi gücünə ən yaxşı nümunə "Papanın İsveçrəli Gözətçiləri" deyilən birlikdir. Bu qrup həm Papanı, həm də Vatikan Sarayını qoruyur. Vatikan Roma şəhərinin içində olduğu üçün ölkənin təhlükəsizliyi də təbii olaraq İtaliyanın məsuliyyəti altındadır.


Cırtdan dövlətləri kimsə qoruyur. Lap nağıldakı kimi...

Günel Həbib


O.M.