Düşmən AzTV-nin maşınını atəşə tutdu: yaralanan var

Düşmən AzTV-nin maşınını atəşə tutdu: yaralanan var

14 Oktyabr 2020 10:31
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.

Oxuməni.az xəbər verir ki, hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub.

Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nayihəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.

Oxuməni.az