Bu yollarda hərəkət çətinləşdi, avtobuslar gecikir
Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Oxuməni.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindənverilən məlumata görə, hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur:
“H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi - Bayıl dairəsi, A.Şərifzadə küçəsi, M.Füzuli küçəsi.
Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var”, - məlumatda bildirilib.
Oxuməni.az
Digər xəbərlər