Mafioz biznesmenin oğlunun toyuna prezident və onun yaxın ətrafı dəvət aldı

Mafioz biznesmenin oğlunun toyuna prezident və onun yaxın ətrafı dəvət aldı

2 Oktyabr 2014 09:47
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə günü “Ocaq” restoranında erməni elitası birlikdə olacaq

Şənbə günü Ermənistanda mafioz biznesmenlərdən birinin, Barseq Beqlaryanın kiçik oğlunun toyu olacaq.

Ermənistanın "Joxovurd (Şəhər)" qəzetinin məlumatına görə, toyda prezident Serj Sarkisyan, hökumət və dövlət nümayəndələri, həmçinin separatçı Qarabağ rejiminin rəhbərliyi tam heyətdə iştirak edəcəklər. Yerevanın "Ocaq" kompleksində baş tutmalı olan şənliyə Ermənistan parlamentinin iqtidarda olan "Respublika" fraksiyasının rəhbərliyi də dəvət alıb.

Ermənistanın "Çorrord İşxanutyun (4-cü hakimiyyət)" qəzetinin məlumatına görə, Serj Sarkisyanın himayədarlıq etdiyi Barseq Beqlaryan faktiki olaraq Qarabağı idarə edir. Onun sahibi olduğu "Fləş" firması Ermənistanda yanacaq sektoruna nəzarət etməklə yanaşı, bir sıra maliyyə fırıldaqları ilə də ad çıxarıb. Barseq Beqlaryan Ermənistanda Qarabağ mafioz klanının maliyyə mənbələrindən biri kimi tanınır.

Mediainfo.az