Parlamentdən qaçıb eyş-işrətlə məşğul olan erməni deputat

Parlamentdən qaçıb eyş-işrətlə məşğul olan erməni deputat

11 İyul 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)
O, 183 səsvermədə iştirak etmək əvəzinə Moskvada əylənirdi

Bu günlərdə Ermənistanın Hetqonline saytında maraqlı bir yazı diqqətimizi cəlb etdi. Belə ki, Ermənistan Milli Məclisinin deputatı Tiqran Arkazakanyans parlamentin iclaslarına gəlmək əvəzinə Moskvada eyş-işrət məclislərində kef çəkirdi. Bu xəbər jurnalistlərin son araşdırması zamanı üzə çıxıb. Məlum olub ki, Ermənistan Milli Məclisinin payız sessiyası 14 sentyabr günü işə başladığı halda deputat Tiqran Arkazakanyans Moskvada "Goodbye Summer" adlı əyləncəli gecəyə qatılıb. Onu da qeyd edək ki, bu gecənin təşkilatçısı model, aparıcı, "Hello!" və "Icons" əyləncəli jurnallarının baş redaktoru Svetlana Bondarçukdur.

Ümumiyyətlə, Ermənistan Milli Məclisinin 2010-cu il sentyabr-dekabr tarixində 183 səsvermə prosesi keçirilib ki, deputat Arkazakanyans onların heç birində iştirak etməyib. Bu zaman parlamentə əmək qabiliyyəti olmadığı haqda tibbi arayış təqdim edib.

Erməni mətbuatının diqqətini cəlb edən digər məqam isə odur ki, oxuculara təqdim olunan şəklin aşağı hissəsində ermənicə bu sözlər yazılıb: "Svetlana Bondarçuk və Tiqran Arzakanyans (tərcüməsi: Şah Tiqran)".

Erməni kimdir? Vəkili olduğu milləti saymayan deputat. Çalışdığı işə dırnaqarası yanaşan məmur. Sağlam insana saxta xəstə arayışı verən "həkim". Əyləncəyə görə milli mənafeləri qurban verən "ziyalı". Millətindən, dinindən, irqindən asılı olmayaraq, sadaladığım insan tipi dünyanın hər yerində erməni sayılmalıdır...

Natiq Qocaman

O.M.