
VİDEO-Tanınmış erməni biznesmeni: "Ermənistanda inqilab şəraiti yetişib"
Ermənistanın "Susmayacağıq" gənclər hərəkatı Moskvada yaşayan məşhur iş adamı, milliyyətcə erməni olan Levon Hayrapetyandan müsahibə götürüb. Biznesmen Ermənistandakı mövcud vəziyyət haqda kəskin fikirlər səsləndirərək deyib: "Korrupsiya dövlət səviyyəsinə qədər yüksəlib, rəhbərlikdə savadsızlıq hökm sürür, cinayətkar oliqarxlar formalaşıb. Bu, Ermənistan üçün ən böyük bəladır. Piylənmiş ordu komandirləri özünəinamsızlıq kompleksindən əziyyət çəkirlər. Üzdəniraq biznesmenlər bütün günü xeyriyyəçilik maskası altında özlərini reklam edirlər. Onlar xalqdan oğurladıqlarının cüzi bir hissəsini geri qaytarırlar. Vergidən də yayınırlar. Bu gün Ermənistanda ən gözəl biznes vəzifəli məmur olmaqdır. Balaca bir ölkədə yarım ilə qayda-qanun yaratmaq olar. "Siyahı" adlı əməliyyat keçirmək lazımdır ki, xalq deyil, oliqarxlar ölkədən emiqrasiya etsinlər".
Olduqca əskin danışan iş adamı sonda ölkəsində inqilab üçün şəraitin yetişdiyini bildirərək, yalnız inqilabın Ermənistanı xilas edə biləcəyini vurğulayıb.
Puşkin demişkən: "Sən qulsan, sən oğrusan, çünki sən ermənisən"..
Hafiz Əhmədov
O.M.