Xarici İşlər Nazirliyinin dövlət katibi Moldova Respublikasının səfiri ilə görüşüb

Xarici İşlər Nazirliyinin dövlət katibi Moldova Respublikasının səfiri ilə görüşüb

9 Avqust 2024 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Xarici İşlər Nazirliyinin dövlət katibi vəzifəsini icra edən Monxtuşiq Lhanaajav Moldova Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri və Monqolustandakı qeyri-ştat səfiri Dumitru Braqisi qəbul edib. Bu barədə Monqolustan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, qarşılıqlı vizasız gediş-gəliş və beynəlxalq avtomobil daşımaları haqqında sazişin bağlanması imkanları ətrafında fikir mübadiləsi aparıb, həmçinin yaxın vaxtlarda bu istiqamətdə nəticələrin əldə olunması üçün iş görmək barədə razılığa gəliblər.

Oxuməni.az