Harris Trampla debatın tarixini açıqlayıb
ABŞ-ın vitse-prezidenti və noyabr seçkilərində namizəd Kamala Harris sentyabrın 10-nu ölkənin eks-prezidenti və onun seçkidəki rəqibi Donald Trampla debat üçün tarix adlandırıb. Bu barədə NBC məlumat yayıb.
“Mən Donald Trampla debatı səbirsizliklə gözləyirəm və bizim görüşümüz var - 10 sentyabr. Eşitdim ki, o, nəhayət ki, debata hazırdır və mən bunu səbirsizliklə gözləyirəm”, o şərh edib.
Cümə axşamı Tramp həmçinin bildirib ki, onun kampaniyası CBS News-da vitse-prezidentlik debatına razılaşıb.
Oxuməni.az
Digər xəbərlər