Putinlə Poroşenko atəşkəs elan etdilər

Putinlə Poroşenko atəşkəs elan etdilər

22 Oktyabr 2014 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın qərbində atəşkəs elan edilməsi barədə razılığa gəliblər.

Lent.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin mətbuat xidməti prezidentlərin telefon danışığı xəbərini yayıb.

Telefon danışığında tərəflər atəşkəsin əldə olunması ilə bağlı razılığa gəliblər. Verilən açıqlamada Brüsseldə Rusiya və Ukrayna arasında təbii qazla bağlı məsləhətləşmələr aparıldığı da bildirilib.

Mediainfo.az