Deputatımızın məruzəsi AŞPA-nın yaz sessiyasında müzakirə ediləcək
Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər komitəsində Avropa Mühafizəkarlar qrupundan olan azərbaycanlı məruzəçi Sevinc Fətəliyevanın "Təməl səbəblərə qarşı mübarizə aparmaqla uşaqların radikallaşmasının qarşısının alınması" adlə məruzəsi bəyənilib.
AŞPA saytının yaydığı məlumata görə, məruzədə qeyd edilir ki, qabaqlayıcı tədbirlər gənc insanların ekstremizmdən qorunması üçün açar rolunu oynayır.
Bununla yanaşı, o da qeyd edilir ki, qabaqlayıcı tədbirlər olaraq, radikallaşma ilə mübarizə və reabilitasiya strategiyaları individual yanaşma sərgiləməli və müfəssəl olmaqla yanaşı, yerli tərəfdaşlarla birgə iş aparılmalıdır.
Məruzənin AŞPA-nın apreldə keçiriləcək sessiyasında müzakirə edilməsi gözlənilir.
Mediainfo.az