Ukrayna xalq özünümüdafiə təşkilatı: “Biz Azərbaycanı dəstəkləyirik”

Ukrayna xalq özünümüdafiə təşkilatı: “Biz Azərbaycanı dəstəkləyirik”

4 Aprel 2016 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən və mənim rəhbərlik etdiyim təşkilat həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz indi də Azərbaycanı öz torpaqları uğrunda ədalətli mübarizəsində dəstəkləyirik. Qarabağ münaqişəsi Moskva və onun xüsusi xidmət orqanları tərəfindən başladılıb".

Bu barədə haqqin.az-a "Ukrayna xalq özünümüdafiəsi" Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) rəhbəri Konstantin Vinnitski bildirib.

"Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa etməlidir. İndi zəiflik göstərmək olmaz. Əgər zəiflik göstərəcəksinizsə, sizin torpaqlarınıza qayıdışınız uzun illər ləngiyəcək. İrəli və yalnız irəli! Biz 1990-cı illərdə də sizinlə idik, indi də sizinlə olacağıq. Ukrayna və Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək", - deyə K.Vinnitski bildirib.

Mediainfo.az