İŞİD terrorçuları Çeçenistan liderini “Lyulya Kafırov” adlandırdılar

İŞİD terrorçuları Çeçenistan liderini “Lyulya Kafırov” adlandırdılar

3 May 2018 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD terror təşkilatı Çeçenistandakı vəziyyətlə bağlı video yayımlayıb.

Video terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4" tərəfindən yayılıb.

Videonun birinci hissəsində martın 18-də Qroznıda mühafizəçiyə hücum edən və öldürülən Əbu Məhəmməd əş-Şişanı adlı terrorçu görünür. Müraciəti zamanı o, Çeçenistandakı İŞİD terrorçularının ağır aqibətindən və "Telegram" kanallarının cihadçılara zərərlərindən danışıb.

Çarxın ikinci hissəsində Suriyada döyüşən terrorçular görünür. Onlar silahdaşlarını Rusiyaya gəlməyə və düşmənlə mübarizə aparmağa çağırırlar. Onlar Çeçenistan rəhbəri Ramzan Kadırovu "Lyulya Kafırov" adlandırırlar.

Xatırladaq ki, bir müddət öncə R.Kadırov açıqlamasında Çeçenistanda terrorçuluq və ekstremizmlə uğurla mübarizə aparıldığını bildirmişdi.(oxu.az)