Tramp: "NATO ölkələri müdafiə xərclərini artırmalıdır"

Tramp: "NATO ölkələri müdafiə xərclərini artırmalıdır"

18 May 2018 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

NATO ölkələri ÜDM-in 2 faizini yox, 4 faizini müdafiə xərclərinə yönəltməlidirlər.

Mediainfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə D.Tramp NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşündə bildirib.

"Daha çox çalışmalıyıq - biz hələ də 20 ölkənin müdafiə xərclərini 2 çatdırmağını gözləyitik. Amma 2 faix çox azdır, bu göstərici əslində 4 faiz olmalıdır", - deyə D.Tramp qeyd edib.

Yens Stoltenberq isə bu məsələdə ABŞ-ın liderlik etdiyinə görə minnətdarlıq bildirib.

Qeyd edək ki, NATO büdcənin böyük hissəsini ABŞ təmin edir. D.Tramp dəfələrlə alyansı tənqid edərək, müttəfiqlərdən üzvlük haqqını artırmağı tələb edib.