“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimi artıracam”

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimi artıracam”

18 May 2018 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanda səfərdədir.

Mediainfo.az "Report" -a istinadən xəbər verir ki, ATƏT rəsmisi Yerevanda Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, tərəflər Ermənistan-Azərbaycan dövlət sərhədi və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyətdən danışıb, qoşunların təmas xəttində atəşkəsə əməl edilməsinin vacibliyini vurğulayıblar.

A.Kaspşik deyib ki, tərəflər arasında vasitəçi kimi gələcəkdə də münaqişənin həlli üçün səylərini artıracaq.