ABŞ-da məktəbdə növbəti silahlı insident - ölən və yaralananlar var
ABŞ-ın Corciya ştatında məktəbdə atışma olub.
APA-nın məlumatına görə, bu barədə "WXIA-TV" xəbər verib.
Hadisə Atlanta şəhəri yaxınlığında, məzunlarının buraxılış mərasimində qeydə alınıb. İnsident nəticəsində güllə yarası alan 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib.
Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, daha 10-u yaralanıb.
Digər xəbərlər