ABŞ Suriyaya yardımı dayandırdı

ABŞ Suriyaya yardımı dayandırdı

19 May 2018 07:27
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hökuməti Suriyanın şimal-qərbinə yardım proqramını dayandırıb.

Bu barədə "CBS News" məlumat yayıb. Bildirilib ki, ABŞ hər il "yerli cəmiyyətin inkişafı" və "müstəqil cəmiyyət və KİV-ə dəstək" üçün müxtəlif vasitələrdən istifadə edib. Buna baxmayaraq, prqoramın dayandırılması qərarı verilib. Amerikanın regiondan çıxması qərarı Avropa ölkələrinə də bildirilib.

Xatırladaq ki, daha əvvəl Amerika administrasiyası "Ağ kaskalar" qeyri-hökumət təşkilatının maliyyələşdirilməsinin dayandırılması haqda qərar vermişdi. Qafqazinfo