Donald Tramp Davosdan imtina edib

Donald Tramp Davosdan imtina edib

11 Yanvar 2019 05:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Davosda keçiriləcək beynəlxalq iqtisadi forumda iştirak etməyəcək.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Ağ evin rəhbəri buna səbəb kimi Meksika ilə sərhəddə əmələ gələn böhranı göstərib.

Donald Tramp "Twitter" səhifəsində yazıb ki, o, sərhədlərin təhlükəsizliyi ilə bağlı demokratların əks mövqedə dayanması və bunun ölkəsi üçün əmələ gətirdiyi təhlükəni nəzərə alaraq Davos forumunda iştirak etməyi məqsədəuyğun hesab etməyib və buna görə hətta üzr də istəyib..

Lakin ekspertlər Trampın Davos forumunda iştirak etməməsinin səbəbini onunla Avropadakı müttəfiqləri arasında əmələ gələn fikir ayrılıqları ilə əlaqələndirirlər. Qeyd edilir ki, Avropa liderləri tərəfindən tez-tez tənqid atəşinə tutulan Tramp onlarla Davosda üz-üzə gəlmək istəmir.