Qazaxda ekskavator pulemyotlardan atəşə tutulub
Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.
Mediainfo.az-a DSX-dan verilən xəbərə görə, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatora doğru 7,62 mm çaplı "PK" pulemyotundan və 12,7 mm çaplı "DŞK" pulemyotundan atəş açılmış, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəymiş, kabinanın şüşəsi sındırılmışdır.
Hadisə nəticəsində xəsarət alan olmamışdır.