Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ

Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ

19 Yanvar 2019 19:17
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bu haqda Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. (moderator.az)