Xankəndi yolunda qəzada xəsarət alan PFL əməkdaşlarının son durumu açıqlanıb-VİDEO

Xankəndi yolunda qəzada xəsarət alan PFL əməkdaşlarının son durumu açıqlanıb-VİDEO

16 Dekabr 2023 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov və daha 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət ediblər.

Yaralılar Bərdə xəstəxanasına gətirilib. Onlardan 4-nün vəziyyəti ağırdır. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar Bakıya yola salınıblar.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir.

Elxan Səmədov və Aslan Şahgəldiyev

Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı üçdə birinin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, altı nəfər xəsarət alıb.

Qafqazinfo xəbər verir ki, qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Türkiyəyə aparılır.

Qeyd edək ki, qəzaya düşənlər arasında, həmçinin PFL əməkdaşları Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacıməhərrəmov da var. Onların müalicəsi Bakıdakı özəl xəstəxanalardan birində müalicə olunurlar.

Oxuməni.az

Ağır qəzaya düşən PFL rəhbərliyinin içərisindən çıxarıldığı HƏMİN MİKROAVTOBUS - Bu vəziyyətdədir (FOTO/VİDEO)

Ağır qəzaya düşən PFL rəhbərliyinin içərisindən çıxarıldığı HƏMİN MİKROAVTOBUS - Bu vəziyyətdədir (FOTO/VİDEO)

Ağır qəzaya düşən PFL rəhbərliyinin içərisindən çıxarıldığı HƏMİN MİKROAVTOBUS - Bu vəziyyətdədir (FOTO/VİDEO)