Tuneldə motosikletlə akrobatik hərəkətlər edən sürücüyə cəza verildi

Tuneldə motosikletlə akrobatik hərəkətlər edən sürücüyə cəza verildi

20 Dekabr 2023 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Üsküdar Çamlıca tunelində motosiklet sürərkən akrobatik hərəkətlər edərək yol hərəkətini təhlükəyə atan sürücü yaxalanıb. Sürücüyə 10 min 449 TL pul cəzası kəsilərkən, motosikletinin hərəkətinə də qadağa qoyulub.

Hadisə ötən günlərdə Üsküdar Çamlıca tunelində baş verib. Motosiklet sürücüsü hərəkətdə olan motosikletin oturacağında ayağa qalxıb. Həm nəqliyyatın hərəkətini təhlükə altına qoyan, həm də öz həyatını heçə sayan sürücü uzun müddət qolları açıq belə davam edib.

Təhlükəli hərəkətləri onun dostları mobil telefon kamerası ilə lentə alıb. İstanbul Təhlükəsizlik Müdirliyi Trafik Müfəttişliyi Şöbə Müdirliyinə bağlı qruplar, sosial mediada paylaşılan görüntülər üzərində araşdırma aparıblar. Motosikletlə akrobatik hərəkətlər edərək yol təhlükəsi yaratdığı müəyyən edilən sürücü aşkar edilərək tutulub…

Oxuməni.az