İstanbulun mərkəzində ağır yol qəzasında 9 nəfər yaralanıb

İstanbulun mərkəzində ağır yol qəzasında 9 nəfər yaralanıb

24 Dekabr 2023 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda xidməti mikroavtobus minik avtomobili ilə toqquşub.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ölkənin ən böyük şəhərinin mərkəzində baş vermiş ağır yol-nəqliyyat hadisəsində üçü avtomobildə, altısı mikroavtobusda olmaqla ümumilikdə doqquz nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxuməni.az