İtini xilas etmək üçün donmuş çaya atılan qadın yoxa çıxıb

İtini xilas etmək üçün donmuş çaya atılan qadın yoxa çıxıb

28 Dekabr 2023 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Boğulan itini xilas etmək üçün donmuş çayın buzunun altına girən 45 yaşlı Alyaskalı 4 uşaq anası Amanda Riçmond Rocers buz örtüyünün altında itib. Ananın cəsədinin tapılması istiqamətində axtarışlar davam edir.

Amanda Riçmond Rocers əri Brayan Rocers və onların iti Qrootla evliliklərinin 18-ci ildönümündə Alyaskada Qartal çayında gəzirmişlər. Onların iti Qroot donmuş Qartal çayının buz təbəqəsindəki kiçik dəlikdən çaya düşüb. Əvvəlcə Brian, sonra isə Amanda onun ardınca suya girib, lakin gənc qadın buz örtüyünün altında yoxa çıxıb.

Amandanın əri, 49 yaşlı Brayan Rocers verdiyi açıqlamada, "O, bir iti xilas etmək üçün çaya atladı, o, ailə üzvü idi. O, mənim və dörd oğlumuzun gözündə qəhrəman kimi öldü" deyə bildirib.

Heç düşünmədən iti xilas etmək üçün suya atıldığını bildirən Brayan Rogers, buzun altında nəfəsi kəsildiyi zaman açıq yerdən çölə çıxdığını, ancaq həyat yoldaşını tapa bilmədiyini bildirib.

Arktikada kəskin hava şəraiti səbəbindən avadanlıqların donmasından sonra bəzi xilasetmə qrupları işlərini dayandırmaq məcburiyyətində qalıblar.

Oxuməni.az