Başına dəmir parçası batmağına baxmayaraq sağ qaldı

Başına dəmir parçası batmağına baxmayaraq sağ qaldı

28 Dekabr 2023 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Vermont şəhərində yaşayan Phineas Gage 1848-ci ildə yeni dəmir yolu xətti açarkən keçirdiyi qəzadan sonra uzun müddət elm adamlarını çaşdırıb.

ABŞ-da dəmir yolu tikintisində işləyən 25 yaşlı fəhlə Phineas Gagenin başına batan dəmir parçası onun beynini və kəllə sümüyünü qismən parçalasa da yaralı halda ölümdən dönüb.

Beynin sol ön hissəsini itirməsinə baxmayaraq, işçi təəccüblü şəkildə sağ qala bilib. Hələ o zaman işçinin beynində müşahidə edilən sağalma prosesi mütəxəssislərin beyin quruluşu haqqında anlayışını tamamilə dəyişib.

İşçinin üz modelini 3D dizayneri və məhkəmə eksperti Cicero Moraes Gagenin kəllə skanları əsasında hazırlayıb.

Gage 13 sentyabr 1848-ci ildə dəmir yolu tikintisi zamanı qayaları partlatmağa hazırlaşarkən qəzaya uğrayıb.

Uzunluğu 91 santimetrdən və qalınlığı 3,18 santimetrdən çox olan dəmir parçası birbaşa onun başını deşərək arxasına düşüb. Məlumata görə, işçi öküz arabasında otelinə qaytarılıb və köməksiz pilləkənlərlə otağına qalxıb.

Həkimlər onun kəllə sümüyündən 28 qram parçalanmış beyin çıxarıblar. Fəhlə sarğıdan sonra bir ay ərzində ayağa qalxıb.

Gagein əlamətdar sağalmasına baxmayaraq, dostları və həmkarları onun görünüşünün dəyişdiyini söyləyiblər.

Bu hadisə tibb tarixində beynin zədələnməsinin şəxsiyyət və duyğuları dəyişdirə biləcəyini göstərən elmi sübutların ilk nümunələrindən biri kimi hesab olunur…

Oxuməni.az