Rusiyalı naziri daşıyan avtomobil ölümlə nəticələnən qəza törədib

Rusiyalı naziri daşıyan avtomobil ölümlə nəticələnən qəza törədib

30 Dekabr 2023 17:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya mətbuatı yazır ki, Başqırdıstan Respublikasının (Rusiya) səhiyyə naziri Ayrat Raxmatullinin olduğu "Toyota Camry" markalı avtomobil qarşıdan gələn zolağa çıxıb və orada başqa avtomobillə toqquşub.

Qəza nəticəsində iki nəfər - avtomobilin sürücüsü və sərnişini həlak olub. Raxmatullinin özü, həmçinin köməkçisi və sürücüsü yerli xəstəxanaya çatdırılıb - ilkin məlumatlara görə, məmurun körpücük sümüyü sınıb və qapalı kəllə-beyin travması alıb.

Hər iki sürücünün üzərində spirtli içki yoxlanılıb.

Oxuməni.az