Köpəkbalığının hucumuna məruz qalan yaralı şəxs ölüb

Köpəkbalığının hucumuna məruz qalan yaralı şəxs ölüb

2 Yanvar 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Havayda köpəkbalığı dəhşəti baş verib. ABŞ-ın Havay ştatında, Maui adasında köpəkbalığının hucumuna məruz qalan yaralı şəxs ölüb.

Maui Polis İdarəsinin verdiyi açıqlamaya görə, adanın şimal sahilində köpəkbalığının qəfil hücümü zamanı yaralanan sörfçü aparıldığı xəstəxanada dünyasını dəyişib.

Polis istintaqın davam etdiyini və meyitin yarılmaq üçün aparıldığını bildirib.

Ölən şəxsin kimliyi və hadisənin təfərrüatları hələlik açıqlanmasa da, səlahiyyətlilər sörfçünün adanın şimalında yaşayan Hayku icmasından olduğunu bildiriblər.

Oxuməni.az