Sərnişin təyyarəsinin pəncərəsi qırıldı

Sərnişin təyyarəsinin pəncərəsi qırıldı

7 Yanvar 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da uçan təyyarədə inanılmaz hadisə baş verib. Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsinin pəncərəsi havada olarkən qırılıb. Pəncərəsi sınmış təyyarə təcili eniş edib.

Bildirilib ki, ABŞ-da “Alaska Airlines” şirkətinə məxsus “Boeing 737 MAX 9” tipli sərnişin təyyarəsi havada olarkən pəncərəsi sındığı üçün təcili eniş edib.

“Boeing 737 MAX 9” tipli təyyarə havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş etməli olub və pəncərənin sındığı hissədə sərnişin olmadığı bildirilib. Alaska Hava Yolları tərəfindən edilən yazılı açıqlamada, təyyarənin 171 sərnişin və 6 kabinə işçisi ilə təhlükəsiz eniş etdiyi açıqlanıb.

Açıqlamada ümumi 65 ədəd “737 MAX 9” tipli təyyarənin texniki baxışdan keçmək üçün müvəqqəti olaraq xidmətdən çıxarılacağı və yoxlamaların bir neçə gün davam edəcəyi bildirilib.

Oxuməni.az