Xilasedicilər sonuncu dəfə yanvarın 6-da canlı insan tapıblar

Xilasedicilər sonuncu dəfə yanvarın 6-da canlı insan tapıblar

8 Yanvar 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlərin qurbanlarının sayı 323 nəfərə çatıb. Bunu Yaponiyanın regional hakimiyyət orqanlarının dərc etdiyi məlumatlar sübut edir. Davam edən zəlzələlər nəticəsində 560-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zəlzələ İşikava prefekturasına ən çox ziyan vurub. Orada ən azı 1370 ev tamamilə və ya qismən dağılıb, yanğınlar isə 300-ə yaxın binanı məhv edib. Təsirə məruz qalan bölgədə elektrik, su çatışmazlığı və yanacaq çatışmazlığı davam edir.

Yaponiya özünümüdafiə qüvvələrinin bölmələri də daxil olmaqla, təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər sonuncu dəfə yanvarın 6-da canlı insan tapıb dağıntılar altından çıxara biliblər…

Oxuməni.az