Göyərtəsində rus turistlərin olduğu yaxta batıb

Göyərtəsində rus turistlərin olduğu yaxta batıb

10 Yanvar 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Taylandda göyərtəsində rus turistlərin olduğu yaxta batıb. Phuket adası yaxınlığında göyərtəsində altı rus turist, ekipaj üzvləri və üç Tailand vətəndaşı olan yaxta batıb. "Panwa Princess" gəmisi çox çətinliklə olanların köməyinə gəlib və hamı xilas edilib. "Shot" teleqram kanalı yazır ki, “Martini adlı yaxta Phuket adasına səyahətə çıxıb. Yaxtada doqquz nəfər olub: Altı Rusiya vətəndaşı və üç Tailand vətəndaşı (kapitan və ekipaj üzvləri). Yaxta mühərrik bölməsindəki borulardan birində qırılma səbəbindən batmağa başlayıb”.

Hadisə şahidləri boğulanları xilas ediblər. Ölən və yaralananlar olmayıb. Su polisi araşdırmalara başlayıb.

Oxuməni.az