İşçilərin qaldığı konteynerdə baş verən yanğında 3 işçi həyatını itirib, 2 işçi isə yaralanıb

İşçilərin qaldığı konteynerdə baş verən yanğında 3 işçi həyatını itirib, 2 işçi isə yaralanıb

15 Yanvar 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulun Sultanbəyli rayonunda özəl bir şirkətin işçilərinin qaldığı konteynerdə baş verən yanğında 3 işçi həyatını itirib, 2 işçi isə yaralanıb. Sultanbəylidə polad konstruksiya materialları istehsal edən iş yerinin yanında yerləşən işçilərin qaldığı konteynerdə yanğın baş verib. Yanğın zamanı 3 nəfər ölüb, 1-i ağır olmaqla 2 nəfər xəsarət alıb.

İstanbul Valiliyi, şirkətdə çalışan işçilərin qaldığı Sultanbeyli Mimarsinan Mahallesi Sarayburnu küçəsində özəl bir şirkətə məxsus konteynerdə səhər saatlarında baş verən yanğında 3 işçinin həyatını itirdiyini açıqlayıb.

Verilən açıqlamada, “Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülən yanğında biri ağır olmaqla 2 işçi yaralanıb və yaralı işçilər xəstəxanaya göndərilib” deyə bildirilib. Hazırda yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Oxuməni.az