İsrailin Ranaana şəhərində teror hücumları nəticəsində bir nəfər ölüb və 17 nəfər yaralanıb

İsrailin Ranaana şəhərində teror hücumları nəticəsində bir nəfər ölüb və 17 nəfər yaralanıb

15 Yanvar 18:00
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Ranaana şəhərində bıçaqla hücum nəticəsində yaşlı qadın aldığı yaralardan dünyasını dəyişib. Bu barədə zərərçəkənlərin yerləşdiyi Meir xəstəxanasından məlumat verilib.

Şəhərin mərkəzində törədilən terror aktı nəticəsində azı 17 nəfər yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Polisin məlumatına görə, hücumu törətdiyi ehtimal edilən şəxs, eləcə də onun qohumu həbs edilib. Hər iki şübhəli Hebrondan olan fələstinlidir. Polis və Şin Bet təhlükəsizlik xidməti birgə araşdırma aparır.

Oxuməni.az