Deputat oğurluqda ittiham olunur

Deputat oğurluqda ittiham olunur

18 Yanvar 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Zelandiyanın deputatı Qolriz Qahraman lüks mağazalardan oğurluq etdiyi iddialarından sonra istefa verib. İran əsilli siyasətçi oğurluq iddialarını etiraf edib.

Polisin verdiyi açıqlamada, Yaşıllar Partiyasının ədliyyə və xarici əlaqələr sözçüsü, millət vəkili Qolriz Qahramanın iki oğurluq ittihamı ilə Oklend Rayon Məhkəməsinə çağırıldığı bildirilib.

Fevralın 1-də məhkəmə qarşısına çıxacağı gözlənilən siyasətçi oğurluq iddialarını qəbul edib, istefa verib və üzrxahlıq mesajı paylaşıb.

42 yaşlı Qəhrəman İran-İraq müharibəsindən sonra Yeni Zelandiyaya sığınan İran əsilli, Oxsford təhsilli insan haqları vəkilidir.

O, 2017-ci ildə Yeni Zelandiya parlamentinə seçilən ilk qaçqın deputat olub.

Qəhrəman həm də İsrail-Həmas münaqişəsində atəşkəsin tərəfdarı olan ölkənin aparıcı siyasətçilərindən biridir.

Oxuməni.az